Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
BAKU.WS xəbər verir ki, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən "Reuters" agentliyi məlumat yayıb. Raketin buraxılışı Yaponiya sahil mühafizəsi tərəfindən də qeydə alınıb.
Bildirilir ki, bu, Şimali Koreyanın 2025-ci ildə həyata keçirdiyi ilk raket buraxılışıdır. Sonuncu dəfə 2024-cü il noyabrın 5-də qısa mənzilli ballistik raket sınaqdan keçirilmişdi.
Qeyd edək ki, daha əvvəl Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsi Şimali Koreyanın Cənubi Koreyanın GPS siqnallarına maneə yaratdığını açıqlamışdı. Bu müdaxilələr gəmi və mülki təyyarələrin fəaliyyətinə mənfi təsir göstərib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...