Şimali Kipr batan sərnişin gəmisində daha bir nəfərin meyiti tapıldı
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Girnə sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə KKTC Baş nazirliyi məlumat yayıb.
Bildirilib ki, tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Axtarış-xilasetmə işləri itkin düşən digər şəxsin tapılması məqsədilə davam etdirilir.
Hadisə nəticəsində ölənlərin sayı 26-ya yüksəlib, bir nəfərin isə hələ də itkin olduğu bildirilir.
Qeyd edək ki, Girnə limanı ilə Mersin şəhərinin Taşucu limanı arasında hərəkət edən "Filo Jet" adlı yüksək sürətli sərnişin gəmisi avqustun 30-da Girnədən yola düşdükdən qısa müddət sonra ön hissəsindən su almağa başlayıb. Gəmi limana qayıtmağa çalışarkən batıb.
Oxşar xəbərlər
Qazaxıstan üçün yeni kriptovalyuta DÖVRÜ
Kriptovalyuta şirkəti Tether Qazaxıstanın milli valyutası olan tenqəyə bağlı stablekoin yaradılması üçün ölkənin Mərkəzi Bankı və Alatau şəhər administrasiyası...