Şiddətli istilər ürək fəaliyyətini ağırlaşdıraraq buna səbəb olur - EKSPERTDƏN AÇIQLAMA

Şiddətli istilər ürək fəaliyyətini ağırlaşdıraraq buna səbəb olur - EKSPERTDƏN AÇIQLAMA
Foto
Dünya 207

Türkiyəli ekspert şiddətli istilərin infarkta səbəb olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Güven Xəstəxanasının Kardiologiya şöbəsinin professoru Emre Durakoğlugil bildirib.

O qeyd edib ki, şiddətli isti ürək fəaliyyətini ağırlaşdırır, bu isə infarkta səbəb olur. 

"Orqanizm temperatur tarazlığını qorumaq üçün daha çox çalışmağa başlayır. İsti hava dərinin altındakı qan damarlarının genişlənməsinə, qanın bu nahiyəyə yönləndirilməsinə və ürəyin daha sürətli döyünməsinə səbəb olur. Ürək hər dəqiqə normaldan daha çox işləməli olur. Bu, xüsusilə ürək-damar xəstəlikləri, hipertoniya, şəkərli diabet, xroniki böyrək xəstəliyi, ürək çatışmazlığı olanlar üçün risk yaradır" - deyə, ekspert qeyd edib. 

Emre Durakoğlugil tərləmənin əhəmiyyətli dərəcədə maye və mineral itkisinə səbəb olduğunu vurğulayaraq xəbərdarlıq da edib.

O qeyd edib ki, tərləmə bədəndən duz və suyu çıxarır. İnsan kifayət qədər maye qəbul etməzsə, aşağı təzyiq, baş gicəllənməsi, huşunu itirmə və həyati təhlükəsi olan aritmiyalara səbəb ola bilər. 

Ekspert bunun hipertoniya, diabet, xroniki böyrək çatışmazlığı, ürək çatışmazlığı və ya stent əməliyyatı etdirən 50 yaşdan yuxarı insanlarda riskin daha yüksək olduğunu ifadə edib.

"İstilik səbəbindən ürəkdə artan iş yükü tərləmə, aşağı qan təzyiqi, huşunu itirmə və aritmiya ilə maye və duz itkisinə səbəb ola bilər. Bundan başqa, böyrək çatışmazlığı olanlarda duz və su balansı pozulduqda laxtalanma və infarkt riski artır" -deyə, o sözlərinə davam edib. 

Emre Durakoğlugil isti yay günlərində aramsız fiziki fəaliyyətlə məşğul olanlara xəbərdarlıq edib.

O bildirib ki, günəş işığının pik vaxtında məşq etmək ürəyin iş yükünü kritik səviyyəyə qaldırır. Buda infarkta səbəb olur. İdman edənlər səhər tezdən və ya sərin axşam saatlarını seçməlidirlər.

Durakoğlugil, nəfəs darlığı, sinə ağrısı, ürək döyüntüsü və ya başgicəllənmə kimi əlamətlərlə qarşılaşdığınız zaman dərhal həkimə müraciət etməyin vacibliyini vurğulayıb:

"Həddindən artıq istilik təkcə rahatlığı deyil, həm də sağlamlığı təhlükə altına alır. Xüsusilə ürək xəstələri və yaşlılar bu dövrdə daha diqqətli olmalıdırlar".

Son xəbərlər