Seysmoloq İstanbulda 6.2 bal gücündə zəlzələ olacağını 20 gün əvvəl deyib
Türkiyəli seysmoloq Şener Üşümezsoyun ötən gün İstanbulda yaşanan zəlzələnin 20 gün əvvəl proqnozunu verdiyi ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, professor açıqlaması zamanı "Kumburgaz və Silivridə 6.0 - 6.5 gücündə zəlzələ ola bilər. Bu səbəbdən diqqətli olmaq lazımdır. Elə də böyük zəlzələ olacağı gözlənilmir"- deyə bildirib.
Seysmoloq qatıldığı proqramda məhs bu iki bölgəyə diqqət çəkib.
Professor ötən gün yaşana zəlzələdn sonra da danışıb. O qeyd edib ki, artıq Mərmərə dənizi ətrafında zəlzələ olmayacaq. Bu kiçik afterşoklar ola bilər.
"Başqa zəlzələ riski yoxdur. Mərmərədə zəlzələlər bitdi" - deyə Şener Üşümezsoy qeyd edib.
Xatırladaq ki, bu gün Türkiyədə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ 3,9 bal gücündə olub. Yerin 6,99 km dərinliyində yerləşib. Daha sonra İstanbulda 6, 2 maqnitudalı ikinci zəlzələ baş verib.
Zəlzələ 10 saniyə davam edib.
Oxşar xəbərlər
Şakil O'Nil oğurlanan maşınını tapana 10 000 dollar verəcək
Keçmiş "NBA" ulduzu Şakil O'Nil soyulub. BAKU.WS xəbər verir ki, basketbolçunun 2,18 metrelik boyuna uyğun aldığı maşını oğurlanıb. Hadisə maşın basketbolçuya ç...