Səyahət zamanı bu cür çemodanlar seçmək tövsiyyə olunur

Səyahət zamanı bu cür çemodanlar seçmək tövsiyyə olunur
Dünya 51

Səyahət dedikdə, ağıla gələn ilk lazımlı əşyalardan biri də çemodanlardır. Avtobus, təyyarə, maşın, qatar... Fərqi yoxdur hansı nəqliyayt vasitəsi ilə səyahət edirsiniz. Mütləq lazım olan bütün əşyaları səyahətə aparmaq üçün bir çemodana ehtiyac var. Bəziləri çemodanı sadəcə görünüşünə görə fərqli dizaynına görə, bəziləri isə daha dözümlü və möhkəm olduğu üçün seçir. Bəs görəsən möhkəm çemodan necə olur? Ən möhkəm çemodanlar hansı materialdan hazırlanır?

BAKU.WS xarici KİV-ə istinadən ən möhkəm çemodan materiallarını təqdim edir:

Polikarbonat (Polycarbonate)

Çox möhkəmdir, eyni zamanda yüngüldür. Zərbəyə davamlıdır və bükülə bilər, lakin qırılmaz. Səyahət üçün ideal seçimdir, xüsusilə təyyarə ilə. 

ABS plastik (Acrylonitrile Butadiene Styrene)

Polikarbonata nisbətən qiyməti daha ucuzdur, lakin daha az möhkəmdir. Gündəlik istifadə üçün uyğundur, lakin tez sınıb cızıla bilər.

Alüminium

Bu cür materialdan hazırlanan çemodanlar çox möhkəm və dayanıqlıdır. Suya və zərbəyə qarşı əla qoruma təmin edir.

Çox baha və ağır olur. Əsasən dəyərli əşyalar daşımaq üçün istifadə olunur.

Neylon və ya Poliester (Softshell çamadanlar)

Sərt çamadanlara nisbətən daha yüngül və elastik olur. Daha az qoruma təmin edir. Yüklənməsi rahatdır, ancaq zərbəyə qarşı zəifdir.

Ümumiyyətlə, səyahət üçün ən yaxşı möhkəm çamadanlar Polikarbonat çamadanlarıdır. Zərbəyə davamlı + yüngül + şık dizayn...

Son xəbərlər