Seulda prezidentin impiçmenti ilə bağlı kütləvi aksiyalar keçirilib

On minlərlə insan Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində ölkə prezidenti Yun Sok Yolun impiçmenti məsələsi ilə bağlı mitinqlərdə iştirak edib.
"Report" "Yonhap"a istinadən xəbər verir ki, "Candle Move" etiraz hərəkatı Konstitusiya Məhkəməsinin binası qarşısında prezidentin əleyhdarlarının iştirakı ilə mitinq təşkil edib.
Qrupun liderlərindən biri olan Kim Min Unun sözlərinə görə, prezident "vəzifəsinə bərpa edilə bilməz", çünki onun hərəkətləri, o cümlədən keçən ilin dekabrında qısamüddətli hərbi vəziyyətin tətbiqi ölkədə demokratiyaya ziyan vurur.
Eyni zamanda, prezidentin tərəfdarları Kvanxvamun rayonunda genişmiqyaslı mitinq keçirərək onun dərhal vəzifəsinə bərpa edilməsinə çağırıblar.
Polisin məlumatına görə, aksiyada təxminən 35 min nəfər iştirak edib.
Şəhər küçələrində asayişin təmin edilməsi üçün 3 min 600-ə yaxın polis səfərbər edilib.
Oxşar xəbərlər
Üç yerdə Njdeyə abidə qoyan Ermənistanın faşizm sevgisi
Baku TV-nin "Aktual gündəm" verilişinin yeni buraxılışında 9 May - Qələbə Günü ilə bağlı müzakirə aparılıb. Proqramda 600 mindən çox azərbaycanlının döyüşdüyü B...
