Səudiyyə Ərəbistanı İsrailin Livandakı hücumlarına görə ABŞ-yə nota verib
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanı İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatlara görə ABŞ-yə rəsmi etiraz notası təqdim edib.
BAKU.WS İsrail mediasına istinadən xəbər verir ki, Riyad administrasiyası diplomatik kanallar vasitəsilə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyaya narazılığını çatdırıb.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı İsrailin Livandakı hücumlarını "xaotik və plansız" kimi qiymətləndirib və əməliyyatların regionda gərginliyi artırdığını bildirib.
Riyadın həmçinin İsrail Baş naziri Benyamin Netanyahunun addımlarının Körfəz regionunda münaqişəni genişləndirmə riski yaratdığından və ABŞ–İran dialoquna mənfi təsir göstərə biləcəyindən narahat olduğu qeyd edilir.
Bildirilib ki, Səudiyyə Ərəbistanı Livandakı vəziyyətin gərginləşməsindən narahatdır və diplomatik əlaqələrini aktivləşdirərək müxtəlif Livan siyasi qüvvələri ilə təmaslarını gücləndirib.
Eyni zamanda, İsrail ordusunun Livanda apardığı əməliyyatların son aylarda intensivləşdiyi və bölgədə humanitar vəziyyətin ağırlaşdığı vurğulanır.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...