ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb
01
sen
2025
08:14
Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb.
BAKU.WS xəbər verir ki, iclası Çin Xalq Respublikasının Sədri Si Cinpin açıb.
İclasda Təhlükəsizlik Çağırışları və Təhdidləri ilə Mübarizə üzrə Universal Mərkəz və ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzi təqdim olunacaq. Bundan əlavə, bir sıra sənədlərin imzalanması planlaşdırılır. Onların arasında Tiencinn Bəyannaməsi və 2035-ci ilə qədər ŞƏT-in İnkişaf Strategiyası var.
Oxşar xəbərlər
İzmirdə 85 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin sahillərində 85 qanunsuz miqrant saxlanılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komanda...