Şərqi Afrika yeni qitəyə çevriləcək - Alimlərdən XƏBƏRDARLIQ
Alimlər Afrika qitəsinin iki hissəyə bölünməsi müddətini yenidən nəzərdən keçiriblər. Onların məlumatına görə, bu proses əvvəlcə düşünüldüyündən daha erkən baş verə bilər.
BAKU.WS xəbər verir ki, Kaliforniya Universitetinin professoru Ken Makdonaldın dediyinə görə, qlobal fəlakət 1-5 milyon il ərzində baş verə bilər, halbuki əvvəllər bu prosesin on milyonlarla il davam edəcəyi güman edilirdi.
2005-ci ildə Efiopiyanın səhrasında uzunluğu təxminən 56,5 kilometr olan bir çat yaranıb və o vaxtdan bəri hər il təxminən 1,5 sm sürətlə genişlənir.
Makdonaldın sözlərinə görə, fəlakət nəticəsində Hind okeanının suları hazırda Şərqi Afrika Rift Vadisinin yerləşdiyi ərazini basacaq. Afrikanın parçalanması nəticəsində Yerdə yeni qitə və okean yaranacaq. Əgər ora su dolarsa, bu okean Atlantik okeanı qədər dərin ola bilər.
Beləliklə, alim yeni qitənin Somali, Keniya, Tanzaniya və Efiopiyanın yarısını əhatə edəcəyini bildirib. Bu qitəyə ehtimal ki, Nubiya qitəsi adı veriləcək.
"Nəticədə Şərqi Afrika yeni bir okeanla qitənin qalan hissəsindən ayrılaraq müstəqil bir qitəyə çevriləcək", - deyə professor yekunlaşdırıb.
Parçalanma Şərqi Afrika Rift sistemi ilə bağlıdır. Bu, təxminən 22 milyon il əvvəl qitənin Böyük gölləri yerləşən bölgəsində yaranmış uzunluğu 3 min kilometrdən çox olan çatdır. Bu ərazidə Somali və Nubiya tektonik plitələri yerləşir və onlar bir-birindən aktiv şəkildə uzaqlaşır.
Hələ 2020-ci ildə ABŞ və Böyük Britaniyadan olan alimlər Şərqi Afrikadakı tektonik çatlar nəticəsində yeni okeanın yaranacağını proqnozlaşdırırdılar. Onlar bunun təxminən 5-10 milyon il ərzində baş verəcəyini və Ərəbistan, Somali və Afrika tektonik plitələrinin hərəkəti nəticəsində mümkün olacağını bildirirdilər.
Oxşar məlumatlar 2023-cü ildə "The Economic Times" qəzetində dərc olunmuşdu. Qeyd edilirdi ki, qitənin parçalanması nəticəsində dənizə çıxışı olmayan ölkələr, məsələn, Zambiya və Uqanda, öz sahil xətlərinə sahib ola biləcəklər.
Oxşar xəbərlər
Husilər BMT əməkdaşlarını girov götürüblər
Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin bu gün v...