Sərnişinlə dolu təyyarənin havada mühərriki ALOVLANDI
Rusiyada təyyarənin mühərriki qalxış zamanı alovlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat və görüntüləri "Baza" Telegram kanalı yayıb.
Bildirilib ki, Moskvanın Vnukovo hava limanından qalxış zamanı təyyarənin mühərriki alovlanıb.
Moskva-Pattaya reysi ilə uçan sərnişinlər əvvəllər mühərrikdəki nasazlıq səbəbindən uçuşlarını iki gün gözləmişdilər.
"Bu, AZUR Air şirkətinin ZF 2801 reysi ilə bağlıdır. Təyyarənin 28 fevralda yola düşməsi planlaşdırılırdı, lakin uçuş ləğv edildi".
Sərnişinlərin sözlərinə görə, gecikməyə təyyarənin nasazlığı səbəb olub:
"Texniklər lazımi hissəni almaq üçün başqa bir təyyarəni gözləyirdilər. Sərnişinlərə yemək və su verilib və daha sonra otellərdə yerləşdirilmişdilər".
Məlumata görə, "AZUR Air" təyyarənin hazırlıqlarının başa çatdığını bildiribmiş, lakin 2 mart axşamı, qalxışdan dərhal sonra mühərrik alovlanıb. Buna baxmayaraq təyyarə yenə də Pattayaya çatıb və təhlükəsiz yerə enib.
Oxşar xəbərlər
Rusiya ordusu daha bir yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya ordusu Ukraynanın Donetsk vilayətində daha bir yaşayış məntəqəsini nəzarətə götürüb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat y...