Sərnişin təyyarənin qapısını açmağa çalışdı, AMMA...
Bali-Melburn reysini yerinə yetirən "Jetstar" hava yollarına məxsus təyyarə göyərtədəki insident səbəbindən geriyə qayıtmalı olub.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, uçuş zamanı bir sərnişin Hind okeanı üzərində təyyarənin qapısını açmağa cəhd edib və ekipaj üzvlərinə aqressiv davranıb.
Ekipaj dərhal müdaxilə edərək təhlükəsizlik tədbirləri görüb, pilot isə təyyarəni Bali hava limanına qaytarmaq qərarı verib. Enəndən sonra sərnişin hüquq-mühafizə orqanlarına təhvil verilib.
Son illərdə hava yollarında sərnişinlərin təcavüzkar davranışlarının artması səbəbindən təhlükəsizlik qaydaları sərtləşdirilir. Bu kimi halların qarşısını almaq üçün aviaşirkətlər yeni cəza tədbirləri tətbiq edir.
Oxşar xəbərlər
Ərdoğan: Müharibənin Ukraynanın ərazi bütövlüyünün təminatı ilə yekunlaşmasını arzulayırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında çıxış edib və bildirib ki, Türkiyənin əsas ar...