Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında atəşkəs fonunda İsrailin Livana davam edən hücumlarını pisləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, Livanın Baş naziri Nəvaf Salamla telefon danışığında bildirib.
"Mən İsrailin Livana davam edən zərbələrini qətiyyətlə pislədim və bu hərbi əməliyyatlar nəticəsində Livanda minlərlə insanın həlak olması ilə əlaqədar başsağlığı verdim", - Şərif söhbətin yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
O, həmçinin Pakistanın sülh səylərinin təşviqinə, o cümlədən İslamabadda qarşıdan gələn İran-ABŞ danışıqları çərçivəsində dialoqa köməklik göstərilməsinə sadiqliyini təsdiqləyib.
"Pakistanın sülh səylərinə görə minnətdarlığını bildirən və Livana və onun xalqına qarşı yönəlmiş hücumların dərhal dayandırılmasında gələcək dəstəyimizin zəruriliyini vurğulayan Baş nazir Nəvaf Salama minnətdaram", - Baş nazir deyib.
Oxşar xəbərlər
Xamenei: İran müharibəyə can atmır
İran müharibəyə can atmır, amma öz hüquqlarından imtina etməyəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran dövlət televiziyasının Ali rəhbər Müctə...