Serbiya parlamentinin spikeri: "Etirazçılar Serbiyanın məhvinə çağırış etdilər"

Belqrad şəhərində keçirilən etiraz aksiyası zamanı iştirakçılar Serbiyanın məhv edilməsinə çağırış ediblər. Bu barədə Serbiya parlamentinin sədri və keçmiş baş nazir Ana Brnabiç məlumat verib.
BAKU.WS xəbər verir ki, o, "X" sosial şəbəkəsində yazıb ki, etirazçılar Vidovdan bayramı günü keçirilən aksiyanı "Yaşasın Serbiya!" deyil, ölkənin məhvi ilə bağlı çağırışla bitiriblər.
"Bu, dəhşətli və açıq şəkildə vətəndaş müharibəsinə çağırış idi. Serbiya, bunu unutma", – deyə Brnabiç bildirib.
Etirazçılar prezident administrasiyası qarşısındakı parkda polisə pirotexniki vasitələr və müxtəlif əşyalar atıblar. Polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edərək kütləni dağıdıb, sonra ərazidə kordon qurulub.
Serbiya Prezidenti Aleksandar Vuçiç aksiyalar zamanı etirazçılara müraciət edərək onları sülhə çağırıb və bildirib ki, dövlət güclüdür və hökumət öz vəzifəsini yerinə yetirəcək.
Daxili işlər naziri İvitsa Daçiç aksiyada polislərə hücumu pisləyib və insidentlə bağlı bütün şəxslərin məsuliyyətə cəlb olunacağını deyib.
Polisin məlumatına görə, etirazda təxminən 36 min nəfər iştirak edib. Onlar vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb ediblər.
Oxşar xəbərlər
İranda icazəsiz dron uçuş qadağan edildi
İranda icazəsiz dron uçuş qadağan edildi. BAKU.WS ISNA-ya istinadən xəbər verir ki, bu gün İran parlamentinin təsdiqi ilə ölkədə mühafizə statuslu hərbi, hüquq-...
