Serbiya parlamenti baş nazirin istefasını qəbul edib
Serbiya parlamenti Baş nazir Miloş Vuçeviçin istefasını təsdiqləyib.
"Report" bu barədə "RİA Novosti"yə istinadən xəbər verib.
Baş nazir istefa ərizəsini noyabrın 1-də Novi-Sad şəhərindəki dəmir yolu vağzalında beton talvarın uçması nəticəsində 15 nəfərin həlak olması ilə bağlı kütləvi etirazlar fonunda yanvarın 28-də təqdim etmişdi.
Parlament spikeri Ana Brnabiç bu gün keçirilən iclasda Vuçeviçə baş nazir vəzifəsini vicdanla yerinə yetirdiyinə və "məsuliyyətli və cəsarətli davranışına" görə təşəkkür edib.
Baş nazirin istefası o deməkdir ki, bütün hökumət texniki iş rejiminə keçir və yeni Nazirlər Kabinetinin formalaşdırılması üçün 30 günlük müddət başlayır.
Oxşar xəbərlər
Tramp: Hörmüz boğazından keçidə görə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
Hörmüz boğazından gəmiçilik ABŞ və İran arasında atəşkəs dövründə və yekun razılaşma əldə edildikdən sonra ödənişsiz olacaq. BAKU.WS "Report"a istinadən xəbər v...