SEPAH Netanyahunun ofisinə zərbə endirildiyini açıqlayıb
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2 mart səhər saatlarında İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin hədəfə alındığını bildirib.
BAKU.WS xəbər verir ki, zərbə raket hücumu nəticəsində endirilib. Baş nazirin taleyi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
SEPAH həmçinin İsrail Hərbi Hava Qüvvələrinin komandanının yerləşdiyi məntəqəyə də hücum edildiyini iddia edib.
"İsrail rejiminin baş nazirinin ofisi və həmin Hərbi Hava Qüvvələri komandanının yerləşdiyi yer İran Silahlı Qüvvələrinin həyata keçirdiyi onuncu zərbə dalğası çərçivəsində "Xeybər" tipli raketlərlə hədəfə alınıb",-deyə SEPAH-ın bəyanatında qeyd olunub.
Bir gün əvvəl Netanyahu İrana qarşı hücumların intensivləşdiriləcəyini açıqlamış və hərbi kampaniyanın davam etdirilməsi barədə göstəriş vermişdi. Onun çıxışı Tel-Əvivdə Müdafiə Nazirliyi kompleksinin damında, müdafiə naziri, Baş Qərargah rəisi və Mossad rəhbəri ilə görüşdən sonra qeydə alınmışdı.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başladıqlarını elan ediblər. ABŞ prezidenti xalqa müraciətində bu addımı Tehranın nüvə ambisiyalarından imtina etməməsi ilə əsaslandırıb.
Oxşar xəbərlər
Netanyahu: İsraillə Livan arasında sülhün bərqərar edilməsi üçün tarixi imkan yaranıb
İsrailin Livanla sülh müqaviləsi bağlamaq üçün tarixi imkanı yaranıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanya...