SEPAH Küveytdəki ABŞ bazasına ən azı iki raket atdığını bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki hərbi bazasına sadəcə iki raket atdığını vurğulayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, Küveytin cənubunda, "Arifcan" düşərgəsindəki baza SEPAH tərəfindən sadəcə iki raketlə vurulub.
Küveyt dövləti isə hələlik bununla bağlı heç bir şərh verməyib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini bəyan edib. Daha sonra ABŞ Prezidenti Donald Trump Vaşinqtonun da əməliyyatda iştirak etdiyini açıqlayıb.
Rəsmi Tehran isə cavab olaraq İsrail ərazisinə onlarla ballistik raket atıb.
Bununla yanaşı, İran ABŞ hərbi bazalarının yerləşdiyi bir sıra qonşu ölkələrə də raket zərbələri endirib. Təhlükəsizlik səbəbilə həmin ölkələrdə hava məkanı müvəqqəti olaraq bağlanıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...