SEPAH İsrail kəşfiyyatı ilə əlaqəli 31 nəfərin saxlanıldığını açıqlayıb
İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat qolu İrandakı etirazlarda İsrailin xarici kəşfiyyat xidməti (MOSSAD) ilə əlaqəli 31 nəfəri saxlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda vurğulanıb.
Bildirilib ki, sərhədyanı bölgələrdə iki hərbi və polis qərargahına qarşı terror hücumu həyata keçirməyə cəhd edən qruplaşmanın başçısı da həbs olunub.
Həmçinin bildirilib ki, "xarici ünsürlər" beynəlxalq forumlarda İslam Respublikasına qarşı konsensus yaratmaq, hərbi və təhlükəsizlik xərcləri formalaşdırmaq, genişmiqyaslı koqnitiv müharibə aparmaq, habelə qalıq terror ünsürlərinə maliyyə və kəşfiyyat dəstəyini davam etdirməklə xaos və etibarsızlığı yaymağa çalışır.
Oxşar xəbərlər
KİV: İran ABŞ-nin İraq və Küveytdəki obyektlərinə qarşı yüzlərlə dron hücumu edib
İran ABŞ-nin İraq və Küveytdəki obyektlərinə qarşı yüzlərlə dron hücumunu iddia edib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçi...