SEPAH: Hörmüz boğazında ikinci gəmi və Qətərdəki baza raketlə vurulub

SEPAH: Hörmüz boğazında ikinci gəmi və Qətərdəki baza raketlə vurulub
Dünya 15

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İranın sahil hərbi obyektlərinə qarşı hücumlarına cavab olaraq növbəti hərbi əməliyyat həyata keçirdiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, əməliyyat çərçivəsində Hörmüz boğazında qaydaları pozduğu iddia edilən ikinci gəmi vurularaq hərəkətsiz vəziyyətə salınıb.

Bildirilib ki, cavab əməliyyatının ikinci mərhələsində Qətərdə yerləşən ABŞ-nin strateji Əl-Udeyd Hərbi Hava Bazası ballistik raketlərlə hədəfə alınıb. İddialara əsasən, bazanın qırıcı təyyarələrin texniki xidmət və təmir mərkəzi, eləcə də komanda-idarəetmə məntəqəsi vurulub.

SEPAH bəyanatında həmçinin ABŞ və İsrailə xəbərdarlıq edərək, hərbi əməliyyatların davam etdiriləcəyi təqdirdə daha sərt cavab tədbirlərinin görüləcəyini vurğulayıb.

Bundan əlavə, İran tərəfi İordaniyada yerləşən Şahzadə Həsən Hərbi Hava Bazasına da raket zərbəsi endirildiyini iddia edib. Bazanın komanda-idarəetmə mərkəzi və MQ-9 pilotsuz uçuş aparatlarının saxlanıldığı anqarlar bir neçə ballistik raketlə vurulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər