SEPAH-dan şok bəyanat: Trampın Yaxın Şərqdəki obyektləri hədəfə alındı
İran Silahlı Qüvvələri ABŞ-nin Prezidenti Donald Trampın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanındakı daşınmaz əmlakını hərbi hədəf kimi gördüyünü bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında paylaşım edilib.
Məlumatda Trampa məxsus bir sıra obyektlər, o cümlədən Dubaydakı "Trump International Hotel & Tower", Ciddədəki "Trump Plaza" və Ər-Riyaddakı "Trump Tower" binalarının adları çəkilib.
Qeyd edək ki, iyulun əvvəlindən etibarən ABŞ və İran arasında gərginlik yenidən artıb, sülh danışıqları isə faktiki olaraq dayandırılıb. Bu müddət ərzində Ağ Evə Donald Trampa qarşı sui-qəsd hazırlığı ilə bağlı dəfələrlə kəşfiyyat məlumatları daxil olub.
Versiyalardan birinə görə, İran Amerika liderini NATO sammiti zamanı öldürmək niyyətində olub. Tramp özü belə bir məlumatı təkzib etsə də, bəyan edib ki, əgər onu öldürsələr, İranı bombalamaq barədə təlimat verib.
Oxşar xəbərlər
Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni Kalqaridə 100 illik tərəfdaşlıq haqqında Bəyannamə və bir sıra digər ikitərəfli sənədlə...