SEPAH-a və İranın Baş Qərargah İdarəsinə yeni rəhbərlər təyin olundu
13
iyn
2025
08:40
İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenein əmri ilə general Əhməd Vahidi İnqilab Keşikçiləri Ordusunun baş komandanı təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Silahlı Qüvvələrin Baş Qərargahına admiral Həbibullah Səyyari təyin edilib.
Qeyd edək ki, İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.
Oxşar xəbərlər
Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib
Alimlər piylənmə ilə mübarizədə yeni yanaşma müəyyənləşdiriblər. Araşdırmaya görə, bədən çəkisinin tənzimlənməsində maqneziumun hüceyrə daxilində rolu mühüm əhə...