Selin Dion və Cennifer Lopez EYNİ SƏHNƏDƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya şöhrətli müğənnilər Selin Dion və Cennifer Lopez eyni səhnədə çıxış ediblər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, məşhurlar Səudiyyə Ərəbistanında keçirilən "1001 Seasons of ELIE SAAB" adlı tədbirdə bir araya gəliblər.
Selin gecədə möhtəşəm ifaları olan "The Power Of Love" və "I"m Alive"i səsləndirib. O şəffaf parıltılı libası ilə səhnədə ulduz kimi parıldamağı bacarıb.
Selin Diondan sonra səhnəyə Hollivud ulduzu Cennifer Lopez çıxıb. Ceylo cəsarətli səhnə geyimi və yanındakı rəqqaslarla əsl şou yaradıb. O gümüşü rəngli libası ilə göz oxşayıb.
Oxşar xəbərlər
İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən və 16 nəfərin həyatına son qoyan partlayışla bağlı 6 şübhəli şəxs s...