Məşhur müğənni səhnədə infarkt keçirərək öldü
Türkiyəli müğənni Metin Arolat vəfat edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı sənətçinin İstanbul-Kozyatağ böləsindəki gecə klublarından birində mahnı söyləyərkən halı pisləşib və yıxılıb.
İnfarkt keçirən müğənni dərhal xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi müdaxilələr göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
İfaçının ölüm xəbərini meneceri Halil Yıldırım təsdiqləyib.
Xatırladaq ki, Metin Arolat 28 may 1972-ci ildə İzmirdə anadan olub. Anası çərkəz, atası türkəsillidir.
Metin Arolat İzmir Dokuz Eylül Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin Biznesin idarə edilməsi fakültəsini bitirib. Universiteti bitirdikdən sonra İstanbula köçüb və reklam agentliyində çalışıb.
Sonra Amerikaya gedib. Türkiyəyə qayıtdıqdan sonra 1995-ci ildə "Ayrılık Olmaz" albomu ilə musiqi karyerasına başlayıb. Star TV, Kanal 6 və Atv kimi kanallarda direktor vəzifəsində çalışaraq, reklam, rejissorluq və albom işlərinə davam edib.
O, həmin dövrdə öz kliplərini təqdim edib. İndiyə qədər 5 albom çıxarıb.
Oxşar xəbərlər
Çin avtomobilləri Rusiyada getdikcə daha çox yığılır
Rusiyada yığılan Çin avtomobillərinin payı sürətlə artır və artıq bu brendlərin ümumi satışlarının yarısına yaxınlaşıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir...