Səfir: Rusiya və İran 20 illik müddətə əlaqələrin inkişafı üçün yol xəritəsi hazırlayacaq

Rusiya və İran ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında 20 il müddətinə yol xəritəsi hazırlayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
"Bu görüşdə iki ölkənin ekspertləri ixtisaslaşmış işçi qrupları çərçivəsində ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi yollarını nəzərdən keçirəcək və mövcud maneələri aradan qaldıraraq Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində arzu olunan gələcək tərəfdaşlıq əlaqələrinə nail olmaq üçün 20 illik yol xəritəsini hazırlayacaqlar", - o yazıb.
K.Cəlali qeyd edib ki, aprelin 23-25-də keçiriləcək görüşdə Rusiyanın energetika naziri Sergey Tsivilyev və İranın neft naziri Möhsün Paknejad iştirak edəcək.
Oxşar xəbərlər
Finlandiyada NATO-nun hərbi təlimləri keçiriləcək
İyunun 16-dan 27-dək Finlandiyada NATO-nun "Atlantic Trident 25" hərbi təlimləri keçiriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Finlandiya H...
