Saxta saatlar taxdığı deyilən Berkayın 7 milyonluq YENİ AKSESSUARI
Haqqında "Saxta saat taxır" kimi iddiaların yayıldığı müğənni Berkay yeni aksessuarı ilə gündəm olub.
BAKU.WS xəbər verir ki, o özünə "Patek Philippe" brendinə aid "5711 Nautilus" modelli saat alıb.
Sənətçi bu aksessuara nə az, nə çox 7 645 000 lirə (təxminən 331 793 AZN) xərcləyib.
Bundan sonra onun bahalı saat kolleksiyasında "Patek Philippe" brendinə aid saat da yer alacaq.
O adətən pulunu qızıl yaxud da daşınmaz əmlak almaq üçün istifadə edir.
Xatırladaq ki, o bundan əvvəl də bahalı saatı ilə gündəm olmuşdu.
Onun aksessuarının qiymətinin 7.5 milyon lirə (333 000 AZN) olduğu qeyd edilmişdi.
Berkay bahalı saatı barədə isə " Bildiyiniz saatdır, nə olacaq ki?" deyə cavabını vermişdi.
Oxşar xəbərlər
Con Cons Çeçenistanda qumbaraatanla atəş açdı
MMA tarixinin ən istedadlı adlarından biri hesab olunan və bir neçə ay əvvəl karyerasını bitirdiyini açıqlayan amerikalı döyüşçü Con Consun (Jon Jones) Çeçenist...