SAXAL-ın səhvi nəticəsində İsraildə mülki vətəndaş həlak olub
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri (SAXAL) martın 22-də Livanla sərhəddə silahlı qüvvələrin səhv artilleriya atəşi nəticəsində bir israilli mülki şəxsin öldüyünü etiraf edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
"Bazar günü Ofer Moskovitz Misqav Ama atılan atəş nəticəsində həlak olub", - deyə açıqlamada bildirilir.
SAXAL əlavə edib ki, Şimal Komandanlığının komandiri general-mayor Rafi Milo hadisə zamanı həm planlaşdırma, həm də atəşin icrası da daxil olmaqla bir neçə ciddi pozuntu və əməliyyat səhvlərinin baş verdiyi qənaətinə gəlib. Artilleriya atəşi səhv bucaq altında atılıb və tələb olunan protokollara uyğun gəlməyib. Nəticədə düşmən hədəfi əvəzinə Misqav Ama beş artilleriya mərmisi atılıb", - deyə mətbuat xidmətindən bildirilib.
"Bu, çox ciddi bir hadisədir. Moskovitz, yeganə məqsədi onları (İsrail vətəndaşlarını - red.) qorumaq olan bir əməliyyat zamanı qüvvələrimizin atəşi nəticəsində həlak olub. İstintaqın nəticələri bütün müvafiq orqanlar tərəfindən nəzərdən keçiriləcək", - deyə general Moli bildirib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...