SAXAL HƏMAS-ın Qəzzadakı komanda mərkəzinə növbəti zərbə endirib

SAXAL HƏMAS-ın Qəzzadakı komanda mərkəzinə növbəti zərbə endirib
Dünya 55

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada HƏMAS-ın komanda mərkəzinə zərbələr endirib.

BAKU.WS xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

"Bir qədər əvvəl İsrail ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) kəşfiyyat məlumatları əsasında Qəzzanın mərkəzi hissəsində fəaliyyət göstərən HƏMAS terrorçularına dəqiq zərbələr endirib. Əl-Bureyc hazırlıq məktəbinin keçmiş kompleksində məskunlaşmış komanda mərkəzi terrorçuların hazırlanmasında və İsrail ordusu, İsrail dövlətinə qarşı terror hücumları həyata keçirilməsi üçün istifadə olunurdu", - deyə bəyanatda bildirilib.

SAXAL hücumun həyata keçirilməsi zamanı mülki vətəndaşlara maksimum az xətər dəyməsi üçün yüksək dəqiqlikli hərbi sursatlardan istifadə edildiyini və hücumdan əvvəl kəşfiyyat məlumatlarının dəqiqliklə toplandığını bəyan edib.

Oxşar xəbərlər

Son xəbərlər