Samara vilayətində PUA hücumu: "Ozon" anbarında yanğın başladı
Rusiyanın Samara vilayətinə PUA-larla kütləvi hücum nəticəsində sənaye müəssisələrindən biri və "Ozon" logistika kompleksi zərər görüb.
BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Fedorişev hücum nəticəsində sənaye obyektlərindən birinin zədələndiyini açıqlayıb.
Bundan başqa, Çapayevsk şəhərində yerləşən "Ozon"un logistika anbarına da zərbə endirilib. Şirkətin mətbuat xidmətinin məlumatına görə, PUA hücumu sonrası anbarda yanğın baş verib.
Hadisə zamanı 500-dən çox əməkdaş təxliyə olunub, bir neçə nəfərin xəsarət aldığı bildirilib. Yanğınla əlaqədar anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.
Oxşar xəbərlər
Ankarada kömür mədənində qəza olub
Türkiyədə kömür mədənində baş verən uçqun nəticəsində bir nəfər həlak olub, 20 işçi yaralanıb. BAKU.WS xəbər verir ki, hadisə avqustun 21-də yerli vaxtla saat 1...