Şahzadə Harri və Meqan Markl Avropada ev alıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Şahzadə Harri və həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl Portuqaliyada ev alıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Harri və Meqan Britaniya kralı III Çarlzın keçən ilin əvvəlində onları Uindsordakı Froqmor kottecindən qovmaq qərarına gəlməsindən sonra xarici ölkədə mülk əldə ediblər.
Məlum olub ki, ev almaq həm də həyat yoldaşlarına Şengen ölkələrində məhdudiyyətsiz səyahət etmək imkanı verəcək. Lakin evin yeri dəqiqləşdirilməyib.
Hal-hazırda Şahzadə Harri və Meqan Marklın əsas iqamətgahı Montecitoda yerləşən təxminən 25,3 milyon dollar dəyərində malikanədir. Burada yeddi yataq otağı, 14 vanna otağı, kitabxana, ev kinoteatrı, idman zalı, hovuz və toyuq hini var.
Qeyd edək ki, şahzadə və xanımı Portuqaliyada daşınmaz əmlaka sahib olan yeganə kral ailəsinin üzvləri deyil. Şahzadə Eugenie və əri Cek Brooksbankın lüks CostaTerra Golf və Ocean Club kompleksində evi var.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...