Sabah baş tutacaq Günəş tutulmasının hansı özəllikləri var?
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 2-də Sakit Okeanın ekvator zonasında Bakı vaxtı ilə saat 20:51-də həlqəvi Günəş tutulması gözlənilir.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva Planetariumunun mətbuat xidməti məlumat yayıb.
Tutulma həlqəvi olacaq, çünki Ay Günəşin diskini tam əhatə edə bilməyəcək - Ay diskinin ətrafında parlaq bir halqa qalacaq. Eyni zamanda, Ay Yerə 266 km enində kölgə salacaq. Tutulma əvvəlcə şərqə, sonra isə cənub-şərqə, Sakit Okean boyunca yayılacaq.
Xatırladaq ki, aprelin 8-də ABŞ, Meksika və Kanadadan tam Günəş tutulmasını görmək mümkün olub. Demək olar ki, 32 milyon insan bunun şahidi olub. Bu tutulma ABŞ-ın hər yerində göründüyü üçün ona "Amerika" tutulması deyilir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...