Rusiyanın ordu generalına sui-qəsdin icraçısı BƏƏ-də saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusunun general-leytenantı Vladimir Alekseyevə sui-qəsdin icraçısı Lyubomir Korba BƏƏ-də saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi xəbər yayıb.
Qeyd olunur ki, cinayətin birbaşa icraçısı olan 1960-cı il təvəllüdlü Rusiya vətəndaşı Lyubomir Korba Dubayda saxlanılaraq Rusiya tərəfinə təhvil verilib.
Onun əlbir olduğu Rusiya vətəndaşları - Viktor Vasin və Zinaida Serebritskaya olub. Birinci şəxs Moskvada saxlanılıb, ikincisi isə ölkədən qaçıb. Cinayəti törədənlərin axtarışı davam edir.
Xatırladaq ki, V.Alekseyevə sui-qəsd 6 fevral səhəri Moskvanın Volokolamskoye şosesindəki yaşayış binasında baş verib. O, bir neçə güllə yarası alıb və xəstəxanaya aparılıb.
General-leytenant Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin birinci müavini vəzifəsini tutur. 2017-ci ildə Rusiyanın Qəhrəmanı adını alıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...