Rusiyanın müdafiə xərcləri Avropanın analoji xərclərini ötüb
Rusiyanın müdafiə xərclərində artım Avropanın analoji xərclərini ötüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında bildirilir.
Məlumata görə, Avropa ölkələrinin müdafiə büdcələrini artırmasına baxmayaraq, Rusiyanın müdafiə xərcləri Avropanı üstələyib.
Mərkəz qeyd edib ki, ötən il Rusiyanın hərbi xərcləri 2023-cü illə müqayisədə 42 faiz artaraq 13,1 trilyon rubl təşkil edib və bu, alıcılıq qabiliyyəti pariteti üzrə 462 milyard ABŞ dollarına ekvivalentdir.
Avropanın 2024-cü il üçün ümumi müdafiə xərcləri isə 457 milyard dollar təşkil edib, bu isə 2023-cü ildən 11,7 faiz çoxdur.
Oxşar xəbərlər
Türkiyədə Yeni il ərəfəsində terror planlaşdıran 115 nəfər saxlanıldı
Türkiyə Daxili İşlər Nazirliyi (DİN) İŞİD terror təşkilatı ilə bağlı fəaliyyətdə şübhəli bilinən 115 nəfəri saxlayıb. BAKU.WS xəbər verir ki, onların Milad və...