Rusiyanın hücumları nəticəsində Ukraynanın bir neçə vilayətində elektrik kəsilib
Rusiyanın həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Çerniqov, Xarkov, Sumı, Dnepropetrovsk və Zaporojye vilayətlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
BAKU.WS xəbər verir ki, təhlükəsizlik şəraitinin imkan verdiyi ərazilərdə qəza-bərpa işlərinə başlanılıb.
Bundan əlavə, əlverişsiz hava şəraiti səbəbindən Sumı və Kiyev vilayətlərində 40-dan çox yaşayış məntəqəsi də işıqsız qalıb. Təmir briqadaları zədələnmiş elektrik xətlərinin bərpası istiqamətində iş aparır.
Bildirilib ki, bu gün səhər saatlarında ölkədə elektrik enerjisi istehlakı əvvəlki günlə müqayisədə 3,5 faiz azalıb. Buna səbəb kimi günəş elektrik stansiyalarının daha səmərəli işləməsinə şərait yaradan əlverişli hava şəraiti göstərilib.
Oxşar xəbərlər
ABŞ-nin Ukrayna üzrə vasitəçilik prosesi dayandırılıb
ABŞ-nin Ukrayna ilə bağlı vasitəçilik prosesi müvəqqəti dayandırılıb. BAKU.WS xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, buna baxmayaraq, ABŞ nü...