Rusiyanın ən "tənbəl" şəhərinin adı məlum oldu

Dünya Tənbəllik Günü münasibətilə "Food.ru" media platforması geniş sorğu keçirib.
BAKU.WS xəbər verir ki, sorğuda 5400-dən çox rusiyalı iştirak edib, onlar tənbəlliyə münasibətləri və bu halı nə qədər tez-tez yaşadıqlarını bölüşüblər.
Tənbəlliyin lider şəhəri İjevsk olub – sakinlərin 51%-i hər gün bu halı yaşadıqlarını etiraf edib.
Moskvada bu göstərici 44% təşkil edir. Orenburq və Omsk sakinləri isə daha intizamlı çıxıb və işləri ertələməməyə çalışdıqlarını bildiriblər. Kalininqrad sakinləri isə ən çox tapşırıqları başqalarına həvalə edənlərdir – onların 30%-ə yaxını öz işlərini digərlərinə yönləndirməyə meyillidir.
Araşdırmaya görə, respondentlərin 41%-i tənbəlliyi orqanizmin yüklənmə siqnalı hesab edir, 32%-i onu zərərli vərdiş adlandırır, 18%-i isə tənbəlliyin inkişafın hərəkətverici qüvvəsi olduğuna inanır. Sorğuda iştirak edənlərin 39%-i hər gün, 36%-i isə həftədə bir neçə dəfə tənbəllik etdiyini etiraf edib.
Oxşar xəbərlər
Tbilisidə silah-sursat anbarı aşkarlanıb: Prezident sarayına hücum planı ifşa olunub
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) paytaxt Tbilisidə aparılan xüsusi əməliyyat zamanı külli miqdarda odlu silah, sursat və detonatorla təchiz olunmuş...
