Rusiyanın bu hissəsində 5.3 maqnitudalı zəlzələ olub
18
iyl
2026
11:30
Rusiyanın Novosibirsk vilayətində 5.3 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Qərbi Sibir dəmir yolunun mühüm qovşaqlarından birinin yerləşdiyi Karasuk şəhəri yaxınlığında baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsinin məlumatına əsasən, zəlzələ nəticəsində itki və dağıntı qeydə alınmayıb.
Hazırda bölgədə vəziyyət nəzarət altındadır.
Oxşar xəbərlər
Küveytdə İran zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma müəssisəsində yanğın olub
Küveytdə İranın endirdiyi zərbələrdən sonra elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması müəssisəsində yanğın baş verib. BAKU.WS "The Times of Israel...