Rusiyanın bu bölgəsində yaşanan tornadodan xəsarət alanların sayı 15-ə çatdı
Rusiyanın Sverdlovsk vilayətində baş verən tornadodan sonra təcili tibbi yardıma müraciət edənlərin sayı artıb.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, Kuşvada yaşanan tornadodan sonra yaralıların sayı 15-ə çatıb.
Kuşvada baş verən tornadodan sonra 15 nəfərin tibbi yardım üçün müraciət etdiyini açıqlayıb .
"Xəsarət alanlardan biri Nijni Tagildə xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib", - deyə Kuşva regional informasiya şöbəsi bildirib.
O da qeyd edilib ki, xeyli briqda elektrik enerjisinin bərpası üzərində işləyir və komanda gücləndiriləcək.
Xatırladaq ki, daha əvvəl Sverdlovsk vilayətində güclü tornadonun evlərə ziyan vurduğu və sakinləri elektriksiz qoyduğu bildirilmişdi.
Oxşar xəbərlər
Ukrayna Krıma PUA hücumu edib - Yarımada işıqsız qaldı
Ukrayna iyunun 23-nə keçən gecə ilhaq edilmiş Krım yarımadasına pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib. BAKU.WS "RBC-Ukraina"ya istinad...