Rusiyanın bir sıra regionlarında raket təhlükəsi elan edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Oryol vilayətində raket təhlükəsi elan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə regionun rəhbəri Andrey Klıçkov öz teleqram kanalında məlumat verib.
"Evdəsinizsə, möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığının: koridorda, hamamda, kilerdə. Küçədəsinizsə, yaxınlıqdakı binaya və ya uyğun sığınacağa gedin", - deyə əhaliyə çağırış edib.
Kursk vilayətinin qubernatoru Aleksey Smirnov da özünün teleqram kanalında regiondakı raket təhlükəsi barədə məlumat verib.
O, möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmağa, küçədə olanları isə ən yaxın binaya və ya sığınacağa getməyə çağırıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...