Rusiyalı müğənni yanğın səbəbindən Los-Ancelesdəki villasını tərk edib

Rusiyalı müğənni və aktyor Aleksey Vorobyov Kaliforniya ştatında baş verən güclü meşə yanğınları səbəbindən Los-Ancelesdəki villasını təxliyə edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə İnstaqramda danışıb.
Sənətçi əvvəlcə villanın ərazisində qalıb, əlindəki şlanqlardan istifadə edərək yanğını özü söndürmək niyyətində olsa da, iti Motsartla birlikdə evi tərk edib, təhlükənin keçməsini oteldə gözləmək qərarına gəlib. Vorobyov qeyd edib ki, onu narahat edən şey ev heyvanının rifahı olub.
Xatırladaq ki, şiddətli meşə yanğınları səbəbindən 130 minə yaxın Los-Anceles sakininin evlərini tərk etmələri barədə göstəriş verilib. Təxliyə zonasına ABŞ-ın vitse-prezidenti Kamala Harrisin iqamətgahı da daxildir. Onun qonşuları arasında Hollivud ulduzları Ben Afflek, Tom Henks və Qvinet Peltrounun evləri var.
Qalereya
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
