Rusiyalı müğənni Sedokovadan ayrılan əri intihar edib
Tanınmış rusiyalı müğənni Anna Sedokovanın keçmiş əri Yanis Timma Moskvada özünə qəsd edib.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
32 yaşlı basketbolçunun cəsədi yaşayış binasının girişində aşkarlanıb.
İlkin məlumatlara görə, mərhumun yanında mobil telefonu tapılıb və telefonda onun ölümündən əvvəl yazdığı vida mesajı olub.
Hadisənin səbəbləri hazırda araşdırılır.
Ötən həftə Anna Sedokova ilə Yanis Timma rəsmi şəkildə boşanıb. Boşanma qərarı Moskvanın Xoroşevskiy məhkəmə sahəsində qeydə alınıb. Müğənni və idmançı dörd il ərzində ailəli olublar. Bu ilin oktyabr ayında Sedokova məhkəməyə boşanmaq üçün müraciət etmişdi.
Yanis Timma Rusiyada 2015-2021-ci illər ərzində Sankt-Peterburq "Zenit" və "Ximki" komandalarında çıxış edib.
Oxşar xəbərlər
İspaniyada qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı artdı
İspaniyada qatarların vaqonlarının relsdən çıxması nəticəsində həlak olanların sayı 39-a çatıb. BAKU.WS xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. B...