Rusiyalı iş adamının oteli 5 milyard 950 milyona satışa çıxarıldı
Türkiyədə korrupsiya ilə bağlı aparılan əməliyyatlar çərçivəsində həbs edilən, "Otellər Kralı" kimi tanınan çeçen əsilli rusiyalı iş adamı İsmail Lepievə aid "Prince Group"la bağlı yeni qərar verilib.
BAKU.WS xəbər verir ki, şirkətə Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum təyin olunmasından sonra iş adamının ən dəyərli otellərindən biri satışa çıxarılıb.
Fond Antalyanın Kemer rayonunda yerləşən Tekirova Turizm Otelini hərraca təqdim edib. Satış üçün müəyyən edilən ilkin qiymət 5 milyard 950 milyon türk lirəsi olub.
Hərracda iştirak etmək istəyən investorlar üçün isə ciddi şərtlər müəyyən edilib. Tekirova məhəlləsində yerləşən və turizm məqsədli istifadə olunan obyektləri əhatə edən satışda iştirak üçün 595 milyon TL məbləğində təminat depozitinin yatırılması tələb olunur. Təkliflərin qəbulu 17 fevral 2026-cı ilə qədər davam edəcək, hərrac isə 18 fevral 2026-cı ildə keçiriləcək.
Qeyd edək ki, bu "Prince Group"a məxsus satışa çıxarılan yeganə turizm obyekti deyil. Daha əvvəl Lepievin İzmiridə yerləşən "Royal Teos" oteli də TMSF tərəfindən 4,6 milyard TL ilkin qiymətlə satışa çıxarılıb.
Bu satışlar Lepievə qarşı aparılan istintaq çərçivəsində dövlətin nəzarətinə götürülən aktivlərin mərhələli şəkildə dəyərləndirildiyini göstərir.
Oxşar xəbərlər
Türkiyədə daha bir sosial media fenomeni saxlanıldı
Türkiyədə məşhur şəxslərlə bağlı aparılan narkotik araşdırması çərçivəsində sosial mediada tanınan Şeyma Subaşı saxlanılıb. BAKU.WS xəbər verir ki, Şeyma Subaşı...