Rusiyalı generalın qətli ilə bağlı ŞOK İDDİA - Bu ölkənin kəşfiyyatının əli var

Rusiyalı generalın qətli ilə bağlı ŞOK İDDİA - Bu ölkənin kəşfiyyatının əli var
Video
Dünya 134

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Əsas Operativ İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlində Ukrayna xüsusi xidmət orqanlarının əli ola bilər.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında məlumat verib.

"Qətldə Ukrayna xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı əsaslı şübhələr var", – deyə Zaxarova əlavə edib.

O qeyd edib ki, əgər istintaq orqanları bu işdə Ukrayna izini təsdiqləsə, bu, bir daha Kiyevin vəhşi və xain mahiyyətini göstərəcək.

Zaxarova daha əvvəl Moskalikin ölümünü terror aktı adlandırmışdı.

Qeyd edək ki, 59 yaşlı Yaroslav Moskalik Moskvaətrafı Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində həlak olub. Güclü partlayış dalğası onu binanın girişinə doğru atıb.

İlkin məlumatlara görə, avtomobilə məsafədən idarə olunan əl istehsalı partlayıcı qurğu yerləşdirilib. Hüquq-mühafizə orqanları ehtimal edir ki, Moskalik bir neçə ay ərzində izlənilib və hadisə ilə bağlı müxtəlif versiyalar araşdırılır. İstintaq Komitəsi yüksək rütbəli hərbçinin qətli ilə bağlı cinayət işi açıb.

Son xəbərlər