Rusiyadan Trampın sülh planında edilən dəyişikliklərə REKSİYA

Rusiyadan Trampın sülh planında edilən dəyişikliklərə REKSİYA
Dünya 27

Rusiya üçün Ukrayna ilə razılaşdırılmış yekun sülh sənədi vacibdir, əks halda sənədə edilən düzəlişlər prosesi sonsuzadək uzada bilər.

BAKU.WS xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Svetlana Jurova Lenta.ru-ya açıqlamasında bildirib.

"Əgər biz sənəddə hər dəfə nəyisə düzəltməli olsaq, bu proses sonsuza qədər uzanar. Ona görə də hələlik müşahidə edirik, mövqeyimizi saxlayırıq və onların nə qərar verəcəyini gözləyirik. Bundan sonra biz öz düzəlişlərimizi təklif edəcəyik - razılaşacağıq və ya razılaşmayacağıq. Qoy əvvəlcə özləri istədikləri kimi düzəliş etsinlər, sonra biz deyəcəyik ki, nəyə etiraz edirik",-deyə Svetlana Jurova əlavə edib.

Bundan əvvəl ABŞ və Ukrayna nümayəndə heyətlərinin İsveçrədə apardığı danışıqlarda ABŞ prezidenti Donald Trampın sülh planının 28 bəndində dəyişiklik edildiyi məlum olmuşdu. ABŞ administrasiyası təsdiqləyib ki, yenilənmiş sənəd Ukraynanın milli maraqlarına uyğundur.

"The Washington Post" Avropa İttifaqının Ukrayna üzrə alternativ planının detallarını açıqlamışdı. Sənədə görə, Aİ bölgənin gələcək statusu ilə bağlı danışıqlara yalnız atəşkəs əldə edildikdən sonra başlamağı təklif edir.

Son xəbərlər