Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəbdə oxuması üçün tələblər sərtləşdirilir

Rusiyada miqrant uşaqlarının rus dilini bilmələri təsdiqlənmədən məktəblərə qəbulu qadağan edilə bilər. Müvafiq qanun layihəsi parlamentin Aşağı Palatasının müzakirəsinə təqdim ediləcək.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, məsələ, həmçinin, Dövlət Dumasının 20 noyabrda plenar iclasda müzakirə etməyi planlaşdırdığı qərar layihəsində əks olunacaq.
"Miqrantların uşaqlarının məktəblərə qəbulu zamanı onların Rusiya ərazisində qalmasının qanuniliyinin yoxlanılmasını, rus dili üzrə məcburi testlərdən keçməsini, həmçinin rus dilini bilməsinin təsdiqi olmadan ümumtəhsil müəssisələrinə qəbulunun qadağan edilməsini təklif edirik. Bu baxımdan, müvafiq mövzu üzrə qanun layihəsi təqdim ediləcək", - deyə Volodin qeyd edib.
Dövlət Dumasının sədri əmək miqrasiyası, həmçinin miqrantlarla gələn ailələr üzrə təkliflərin hazırlanacağını vurğulayıb.
"Bunlar qərar çərçivəsində hökumətə göndəriləcək. Aidiyyəti hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsində kompleks həllər işləyib-hazırlamağı təklif edəcəyik", - deyə Dövlət Dumasının spikeri əlavə edib.
Oxşar xəbərlər
Türkiyədə meşə yanğınlarında 10 nəfər həyatını itirdi
Türkiyənin Eskişehir şəhərinin Seyitgazi rayonunda baş verən meşə yanğını faciə ilə nəticələnib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı...