Rusiyada təyyarələr hava limanında toqquşub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın cənubunda, Soçi hava limanında iki təyyarə uçuş-enmə zolağında toqquşub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Cənub Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Tümenə uçan təyyarə Norilskdən gələn təyyarə ilə uçuş-enmə zolağında toqquşub. Sərnişinlər, ekipaj üzvləri və xidmət personal xəsarət almayıb.
Aviasiya qəzası ilə bağlı Soçi Nəqliyyat Prokurorluğu araşdırma aparır. Heyət uçuş təhlükəsizliyi qanunvericiliyinə əməl edilib-edilmədiyini qiymətləndirəcək.
İdarənin təqdim etdiyi fotoşəkillərdən görünür ki, toqquşma nəticəsində təyyarənin qanadının bir hissəsi qoparaq digərinin stabilizatorunda ilişib.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...