Rusiyada terror aktı hazırlamaqda şübhəli bilinən miqrant saxlanılıb

Rusiyada terror aktı hazırlamaqda şübhəli bilinən miqrant saxlanılıb
Dünya 41

Rusiyanın Barnaul şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən Tacikistan vətəndaşı saxlanılıb. O, kilsəni yandırmaqda ittiham edilir.

BAKU.WS xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Saxlanılan şəxsin Rusiyada yaşamaq icazəsi olan Tacikistan vətəndaşı, 21 yaşlı Paxlavon Kurbonov olduğu bildirilir. Müstəntiqlərin fikrincə, Kurbonov Barnaulun Nikitin küçəsindəki Pokrovski kilsəsini yandırmağı planlaşdırıb.

"Kurbonov aprelin 23-də saxlanılıb. Hadisə ilə bağlı terror aktı hazırlamaq maddəsi ilə cinayət işi açılıb", - deyə teleqram kanalı xəbər verir.

Son xəbərlər