Rusiyada Şamil Basayevin dəstəsinə üzv olmuş daha bir şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dağıstanda Şamil Basayevin silahlı dəstəsinə daxil olmuş bir şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Lenta.ru"ya bölgədəki Rusiya Qvardiyasının mətbuat xidmətindən məlumat verilib.
Rəsmi məlumata görə, həmin şəxs 1999-cu ilin avqustunda Botlix rayonunda baş vermiş silahlı üsyanda iştirak edib.
FSB və Daxili İşlər Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı SOBR dəstəsinin dəstəyi ilə Kaitaq rayonundakı yaşayış məntəqələrindən birində əməliyyat keçiriblər. Nəticədə, Şamil Basayev və Xəttabın rəhbərlik etdiyi silahlı birləşmələrin üzvü olan şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, daha əvvəl Basayevin dəstəsində polis əməkdaşlarına hücumlarda iştirak etmiş başqa bir rusiyalının da məhkəməyə çıxarılacağı bildirilmişdi.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...