Rusiyada naməlum virus yayılır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") ölkədə naməlum virusa yoluxma halları ilə bağlı yayılan məlumatları nəzarətə götürüb.
BAKU.WS xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə yayılan bütün son məlumatlar araşdırılır və hazırda virusla bağlı vəziyyət nəzarət altındadır.
Məlumata görə, xəstəlik əvvəlcə ağrı və halsızlıqla başlayır. Lakin bir neçə gün sonra şiddətli zəiflik, yüksək hərarət və qanlı öskürək ilə müşayiət olunur. Eyni zamanda, COVID-19 və A, B qripi testləri mənfi nəticə verir.
Mütəxəssislər bu xəstəliyin mikoplazma pnevmoniyası ola biləcəyini ehtimal edirlər.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...