Rusiyada mobil internetdə müvəqqəti məhdudiyyət ola bilər - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada mobil rabitə operatorları istifadəçilərə mobil internetin müvəqqəti məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Gazeta.Ru" yayıb.
MTS şirkəti bildirib ki, belə məhdudiyyətlər təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi daşıyır və adi telefon zəngləri ilə SMS-lərə təsir etməyəcək. Operatorun məlumatına görə, internet olmadıqda belə, taksi xidmətləri, "Gosuslugi" və digər vacib rəqəmsal resurslardan istifadə üçün xüsusi imkanlar yaradılıb.
T2 (Tele2) isə abunəçilərə mobil internetin operatorla bağlı olmayan səbəblərə görə məhdudlaşdırıla biləcəyini bildirib. Şirkət onlayn tələbatı yüksək olan əsas xidmətlərin əlçatan qalacağını vurğulayıb.
Məlumata görə, məhdudiyyət dövrlərində belə açıq qalan resurslar "ağ siyahı"ya daxildir. Siyahıya "Gosuslugi", elektron səsvermə platforması, prezident və hökumət saytları, VK, "Odnoklassniki", Mail.ru, MAX platforması, Ozon və Wildberries kimi marketplace-lər, "Yandex" xidmətləri, "Dzen", Rutube, "Mir" ödəniş sistemi və başlıca operatorların şəxsi kabinetləri daxil edilib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...