Rusiyada miqrasiya rüsumlarında ciddi artım - 12 dəfə
Rusiya Dövlət Duması miqrantlar üçün dövlət rüsumlarını kəskin artıran qanun layihəsini qəbul edib.
BAKU.WS-in Rusiya mediasına istinadən məlumatına görə, dəyişikliklərə əsasən rüsumlar ümumilikdə 5–12 dəfə yüksəldilib.
Yeni qaydalara görə, Rusiya pasportunun alınması və ya vətəndaşlıqdan çıxma üçün rüsum 4200 rubldan 50 min rubla qədər artırılıb. Müvəqqəti yaşama icazəsi üçün ödəniş 1920 rubldan 15 min rubla, yaşayış icazəsi üçün isə 6 min rubldan 30 min rubla qaldırılıb.
Eyni zamanda, xarici işçi qüvvəsinin cəlb olunması ilə bağlı icazə rüsumu da artırılaraq hər bir mütəxəssis üçün 15 min rubl müəyyən edilib.
Oxşar xəbərlər
Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub
Böyük Britaniya və İrlandiyada tüğyan edən "Boelo" fırtınası nəticəsində 57 mindən çox evin elektrik enerjisi təchizatı kəsilib. BAKU.WS xəbər verir ki, "Sky Ne...