Rusiyada miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək
Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in nümayəndəsi İrina Volk Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, müəyyən edilmiş halların yoxlanılması və nikahların məhkəmə qaydasında etibarsız hesab edilməsinə başlamaq üçün materiallar prokurorluğa göndərilir.
Nazirlik qanunun xarici vətəndaşlara miqrasiya statusu almaq üçün qondarma nikahdan və atalıqdan istifadə hallarının aradan qaldırılmasına yönəlmiş müddəalarını həyata keçirməyə hazırdır.
Qeyd edək ki, qanun 25 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Norveç Krallığı şahzadə üçün ağciyər AXTARIR
Norveç Krallığı Mətbuat Xidməti Vəliəhd Şahzadə Mette-Maritin səhhətində yaranan pisləşmə səbəbilə onun ağciyər köçürülməsinə ehtiyac duyula biləcəyini açıqlayı...