Rusiyada miqrantlara birdən çox SIM-kart işlətmək qadağan edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada miqrantlara birdən çox telefon nömrəsinin olmasını qadağan etmək təklif olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Tass məlumat yayıb.
"Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov əcnəbilərə birdən çox abunəçi nömrəsinin olmasını qadağan edən qanun layihəsi hazırlayıb. Sənəddə qeyd olunur ki, bu cür məhdudiyyətlər milli maraqların qorunmasına və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına yönəlib", - məlumatda deyilir.
Qeyd olunub ki, Rusiya ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin SIM kartlara sahiblik hüququnun məhdudlaşdırılması tədbirləri terrorizm, casusluq, fırıldaqçılıq və kibertəhlükələrlə bağlı artan təhlükələr nəzərə alınmaqla həyata keçirilməlidir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...